Xoşqədəm Hidayətqızına da vəzifə verildi

saytların hazırlanması

Evə çatdırılma

Xoşqədəm Hidayətqızına da vəzifə verildi

Şou

28 Aprel 2019 20:08 3174


Xəzər Televiziyasında da Bədii Şura yaradılıb. Artıq dünən şuranın ilk iclası keçirilib.

Məlumata görə, Xəzər Televziyasının prezidenti Şamxal Həsənlinin sədrlik etdiyi şurada ümumilikdə 12 nəfər təmsil olunur.

Şurada millət vəkilləri Elman Nəsirov, Nizami Cəfərov, Elmira Axundova, Novruz Aslan, Qüdrət Həsənquliyev, Əməkdar İncəsənət xadimi, kinorejissor Ayaz Salayev, yazıçı-publisist Həmid Herisçi, Əməkdar jurnalist Xoşqədəm Hidayətqızı, kulturoloq, professor Fuad Məmmədov, Xalq artistləri Həmidə Ömərova və Nazpəri Dostəliyeva təmsil olunur. Dominos pizza

Xəbəri Unikal.org-a "Xəzər" TV-nin mətbuat katibi Aqşin Kamal təsdiqləyib.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!