Xoşqədəm: İçkinin nə olduğunu öz həyatımda görmüşəm

saytların hazırlanması

Evə çatdırılma

Xoşqədəm: İçkinin nə olduğunu öz həyatımda görmüşəm

Şou

21 İyul 2025 19:40 513


İçki düşkünü oğlunuza başqasının qızını alıb, bədbəxt etməyin.

Yenisabah.az pravda.az-a istinadla xəbər verir ki, bunu Xoşqədəm Hidayətqızı “Səni axtarıram” verilişində deyib.

O, verilişə müraciət edən Samirə adlı xanımın içki düşkünü əri Aqşinlə barışmasını istəmədiyini deyib. pizza sifarişi

Xoşqədəm Hidayətqızı şəxsi həyatından nümünə  gətirərək göz yaşlarını saxlaya bilməyib.

“Səni axtarıram” verilişindəki bütün talelərin hər birindən mənim həyatımda bir pay var. İçki düşkününə qızınızı verməyin. İçki düşkünü oğlunuza başqasının qızını alıb, bədbəxt etməyin. İçkinin nə olduğunu öz həyatımda görmüşəm. İçki düşkünü insan gecə səni öldürə, amma sabah bunu xatırlamaya da bilər. O özündə olmur. Özüm, yaxınlarım və qızım üçün o həyata razı olmaramsa, o həyatın bir zərrəsini görmüşəmsə, yaşamışamsa, bu qadını ora göndərə bilmərəm”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!