Xoşqədəmin axtardığı oğlanın skeleti tapıldı

saytların hazırlanması

Evə çatdırılma

Xoşqədəmin axtardığı oğlanın skeleti tapıldı

Kriminal

13 Mart 2019 21:20 1208


Azərbaycanda bir neçə aydır itkin düşmüş şəxsin skeletləşmiş meyiti tapılıb.

Kürdəmir rayonu ərazisində oğlana məxsus olan skelet aşkar edilib. Ölən şəxsin kimliyini müəyyən etmək üçün zəruri ekspertizalar təyin edilib, araşdırmalara aparılıb.

Həyata keçirilən araşdırmalar çərçivəsində ölən şəxsin kimliyini dəqiqləşdirilib. Məlum olub ki, skeletləşmiş meyit keçən ilin sentyabr ayından itkin düşmüş 1997-ci il təvəllüdlü Əliyarov Tərxan Rüstəm oğluna məxsusdur. Sezar pizza

Qeyd edək ki, T.Əliyarovun ailə üzvləri bir müddət əvvəl teleaparıcı Xoşqədəm Hidayətqızının aparıcısı olduğu "Səni axtarıram" verilişinə çıxaraq Tərxanın yoxa çıxdığını bildiriblər və onun tapılması üçün kömək istəyiblər.

Hazırda faktla bağlı araşdırmalar davam etdirilir.

Publika.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!