“Azər ağır şəraitdə, 16 yaşından yetim, tək qalıb və...”–   Gülər Əhmədova 

saytların hazırlanması

Evə çatdırılma

“Azər ağır şəraitdə, 16 yaşından yetim, tək qalıb və...”– Gülər Əhmədova 

Siyasət

25 Avqust 2023 12:00 7935


"Azərbaycanda kifayət qədər öz istedadı hesabına, çətinliklərdən keçərək məşhur olan, pul qazanan və yaxşı yaşayan insanlar var. Məsələn, Əlixan Rəcəbov, onun ətrafında olan gənc və istedadlı aktyorlar var, onlardan biri də Azər Aydəmirdir. Azər bu gün çox tələbat olan və bacarıqlı sənətçidir. Buna baxmayaraq, o, çox ağır həyat yaşayıb, valideynlərinin hər ikisini erkən yaşda itirib, çətin yollardan keçib, öz üzərində işləyib və əziyyətlə bu yerə gəlib çatıb. Azərbaycan kimi balaca bir ölkədə bu heç də asan məsələ deyil. Amma bu gün kimsə onun həyatını aktuallaşdırırmı? Bu gün mətbuat belə şəxslərin həyatını aktuallaşdırıb onları qəhrəmana çevirə bilirmi?"

Bu sözləri Yenisabah.az-a sabiq millət vəkili, psixologiya elmləri namizədi, pedaqoq Gülər Əhmədova deyib. Cəmiyyətin sosial şəbəkələrdə yaydığı aqressiya haqda danışan psixoloq bunun səbəblərini açıqlayıb:

"Bu gün yetimliklə, ağır şəraitdə, 16 yaşından tək qalıb və gəlib buralara çıxan biri cəmiyyətə nümunəvi obraz kimi göstərilirmi? Xeyr! pizza hut

Azərbaycanda bir qrup insan var ki, onların heç bir bacarığı yoxdur və bacarıqlarını inkişaf etdirmək haqqında da düşünmürlər. Yalnız sosial şəbəkələrdə qışqırıb özlərini qəhrəman kimi göstərməyə çalışırlar, bəzən də özlərini fağır kimi göstərirlər. Deyirlər ki, mən yaxşı adamam, amma məni əzirlər. Onlar başa düşmürlər ki, yaxşı adam olmaq sənət deyil, yaxşı adam ola bilərsən, bəs sənin hansı bacarıqların var? Bu, Azərbaycan cəmiyyəti üçün çox böyük problemdir. 

İnsanların zombiləşməsi, aqressiyası da məhz bununla bağlıdır. İnsanların çoxu inkişafdan geri qalıblar. Mən bəzən telekanallarda gedən, Xoşqədəmin, Zaurun, Elgizin apardığı sosial verilişlərə baxıb müşahidə aparıram. Bu verilişlərə üz tutan adamlardan doğma dillərində adi suallar soruşurlar. Onlar sualın mahiyyətini belə anlamır. Bu ondan xəbər verir ki, həmin adamların təfəkkürü çox zəif inkişaf edib. Bəzən qarşımıza 40-45 yaşlı adamlar çıxır, baxırsan ki, onun düşüncə tərzi 10 yaşlı uşağın düşüncə tərzi səviyyəsindədir. Təfəkkürün inkişaf etməsi üçün təhsil və özünütəhsil vacib idi. Gecə-gündüz "TikTokda" oturmaqla bir şey öyrənmək mümkün deyil. İnternetdə də təhsil resursları var, insanları buna yönəltmək lazımdır".

G. Əhmədovanın sözlərinə görə, dövlət sosial şəbəkələrdə fenomenə çevrilən bəzi şəxslərin səhifələrinə qadağa qoymalı, onları cəzalandırmalıdır:

"Dövlət bu sahədə nələrisə qadağa etməlidir. Çünki heç bir halda hansısa dövləti başqası ilə müqayisə etmək doğru deyil. Məsələn, dövləti inkişaf etdirmək istəyirsənsə, sosioloqlarla, psixoloqlarla oturub cəmiyyət haqda böyük bir araşdırma aparmalısan. Nəticədə, insanları kütləvi şəkildə "tupoylaşmağa" aparan səhifələri qadağan etməlisən. Bəzi sosial şəbəkə istifadəçiləri, "fenomen"lər  bu gün öz hesablarında publik şəkildə təhqirlər yağdırırlar, onların səhifəsi bağlanmalı və polis bölməsinə çağırılıb xəbərdarlıq edilməlidir. Bayağı, insanları kütləşdirən, onlarda aqressiya yaradan, əxlaqını pozan kontentlərə icazə verilməməlidir, bunu edənlər mütləq cəzalanmalıdır".

Əsmətxanım Rzazadə 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!