Xudat şəhərində yerləşən mağazada 23 min manatlıq oğurluq edilib.
"Yeni Sabah" DİN-ə istinadla xəbər verir ki, əməli törətməkdə şübhəli bilinən Elman İmanov və Elçin Məhərrəmov saxlanılıblar.
Onlar obyektdən ümumi dəyəri 23 min manat olan 14 ədəd televizor, 3 ədəd noutbuk və 3 ədəd kondisioner talayıblar. Pepperoni pizza
Müəyyən edilib ki, saxlanılan şəxslərdən biri əvvəllər həmin mağazada çalışıb.
Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
Telegram kanalımız