Xuliqanlıq edən idmançılara hökm oxundu

saytların hazırlanması

Evə çatdırılma

Xuliqanlıq edən idmançılara hökm oxundu

Kriminal

01 İyul 2024 15:10 980


Xuliqanlıqda ittiham olunan MMA və Qrapplinq Federasiyasının qarışıq döyüş növləri üzrə baş məşqçisi Ruslan Əfəndiyev və tələbələri - Xəzər Rüstəmov, Vüqar Kərəmov və Rüfət Əsədov, Tofiq Musayevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Yenisabah.az xəbər verir ki, Səbail rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi keçirilən prosesdə müşavirədən sonra hökm elan olunub.

Hökmə əsasən, Xəzər Rüstəmov, Rüfət Əsədov və Ruslan Əfəndiyev, Vüqar Kərəmovun hər biri 6 ay müddətinə azadlıqdan məhrum edilib. pizza hut

Tofiq Musayev isə 1500 manat miqdarında cərimə edilib.

Hadisə ötən ilin noyabrında Səbail rayonu ərazisində yerləşən "Dəniz Mall" ticarət mərkəzində baş verib. İttihama görə, idmançılar "Rizin" Döyüş Federasiyasının paytaxtda təşkil etdiyi turnirlə bağlı toplaşarkən dava düşüb. Davada idmançı Həsən Əzizov döyülüb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!