Xüsusi karantin rejimi ilə bağlı qərara dəyişiklik edildi

saytların hazırlanması

Evə çatdırılma

Xüsusi karantin rejimi ilə bağlı qərara dəyişiklik edildi

Siyasət

15 Oktyabr 2021 20:18 1652


“Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” Nazirlər Kabinetinin 2021-ci il 26 may tarixli 151 nömrəli Qərarına yeni bəndlər əlavə edilib.

Yenisabah.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb.

Yeniliyə əsasən, hava nəqliyyatı vasitəsilə aşağıdakı ölkələrin vətəndaşlarının və həmin ölkələrdə daimi yaşayan digər ölkə vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasına giriş-çıxışına bu Qərarın 2.5-1.1-ci və 2.5-1.3-cü bəndlərinin tələbləri nəzərə alınmaqla icazə verilir: Dördpendirli pizza

Argentina Respublikası;

Avstraliya İttifaqı;

Braziliya Federativ Respublikası;

Bruney Darüssalam;

Cənubi Koreya Respublikası;

Çili Respublikası;

Ekvador Respublikası;

Kamboca Krallığı;

Kosta Rika Respublikası;

Kuba Respublikası;

Küveyt Dövləti;

Qazaxıstan Respublikası;

Maldiv Respublikası;

Meksika Birləşmiş Ştatları;

Mərakeş Krallığı;

Monqolustan;

Monteneqro;

Norveç Krallığı;

Oman Sultanlığı;

Panama Respublikası;

Salvador;

Uruqvay Şərq Respublikası;

Yeni Zelandiya.

Bu Qərarda nəzərdə tutulan COVID-19 pasportu tələbi müəyyən edilən hallarda COVID-19 infeksiyası əleyhinə peyvəndə əks-göstərişi müəyyən edilmiş şəxslərdən əks-göstəriş sertifikatının olması tələb olunur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!