XXIII turun hakim təyinatları açıqlandı

saytların hazırlanması

Evə çatdırılma

XXIII turun hakim təyinatları açıqlandı

İdman

01 Aprel 2019 20:44 899


Topaz Premyer Liqasında XXIII turun oyunları üçün hakim təyinatları açıqlanıb. 

“Yeni sabah” xəbər verir ki, turun ilk görüşü “Sumqayıt”-“Keşlə” arasında baş tutacaq. Görüşün idarəsi Orxan Məmmədova həvalə edilib. Turun mərkəzi qarşılaşmasında “Qarabağ” “Qəbələ”nin qonağı olacaq. Oyunu Səbuhi Bayramov idarə edəcək. 

Topaz Premyer Liqası XXIII tur 6 aprel (şənbə)  Toyuqlu pizza

“Sumqayıt” – “Keşlə” 

Hakimlər: Orxan Məmmədov, Namiq Hüseynov, Qəzənfər Məmmədov, Rauf Cabarov Hakim-inspektor: Asim Xudiyev AFFA nümayəndəsi: Məmmədəli Məmmədov 

“Kapital Bank Arena”,  16:00 

“Neftçi” – “Zirə” 

Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Pərvion Talıbov, Rövşən Rəcəbov Hakim-inspektor: Anar Salmanov AFFA nümayəndəsi: Ələddin Ələkbərov 

“Bakcell Arena”, 18:00 7 aprel (bazar) 

“Qəbələ” – “Qarabağ” 

Hakimlər: Səbuhi Bayramov, Yaşar Abbasov, Müslüm Əliyev, Kamal Umudlu Hakim-inspektor: Şahin Cəfərov AFFA nümayəndəsi: Şaiq Həmidov 

Qəbələ şəhər stadionu, 14:00 

“Sabah” – “Səbail” 

Hakimlər: Rəhim Həsənov, Mübariz Haşımov, Eyyub İbrahimov, Rauf Allahverdiyev Hakim-inspektor: Vüsal Əliyev AFFA nümayəndəsi: Erkin Hüseynov 

“Əlincə Arena”, 16:30 

Qeyd: Turun bütün görüşləri "CBC Sport" kanalı vasitəsi ilə canlı yayımlanacaq.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!