Bakıda yağan yağış fəsadlar törədib.
"Yeni Sabah" xəbər verir ki, Sabunçu rayonu Dilqəm Kişvəri küçəsində təzə tikilmiş dəmiryolu dayanacağının yaxınlığındakı körpüyə su yığılıb.
Ərazidən keçən nəqliyyat vasitələri tuneldən keçə bilməyiblər. Alternativ yol olmadığı üçün sürücülər uzaq məsafə qət edərək yollarına davam etmək məcburiyyətində qaldıqlarını bildiriblər. pizza
Tuneldə suya bataraq qalmış iki maşının vətəndaşların yardımı ilə oradan çıxarıldığı bildirilib. Hazırda ərazidə aidiyyatı qurumlar gözə görünmür.
/ Bizimyol.info
Telegram kanalımız