Yağışlı havada piyadalara su sıçradan sürücüləri hansı cəza gözləyir?   - VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Yağışlı havada piyadalara su sıçradan sürücüləri hansı cəza gözləyir? - VİDEO

Sosial

28 Mart 2026 23:44 679


Yağışlı havada sürücülərin sürəti artırması piyadalar üçün ciddi problemə çevrilir.

"Yeni Sabah" Xəzər TV-yə istinadla xəbər verir ki, paytaxtın müxtəlif küçələrində yollarda yığılan su avtomobillərin təkərləri vasitəsilə yol kənarında dayanan insanların üzərinə sıçrayır. Bu isə həm narazılıq yaradır, həm də təhlükəsizlik baxımından risk hesab olunur.

Çəkiliş zamanı müşahidə olunub ki, bəzi sürücülər bu qaydalara əməl etmirlər. Hətta reportaj hazırlanarkən çəkiliş heyəti də belə hallardan zərər çəkib. pizza

Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə yağışlı havada daha diqqətli olmağı tövsiyə edir. Bildirilir ki, piyadaların təhlükəsizliyi bütün hərəkət iştirakçıları tərəfindən mütləq nəzərə alınmalıdır.

Qeyd edək ki, belə hallara yol verən sürücülər aşkar edildikdə İnzibati Xətalar Məcəlləsinin 342.1.5-ci maddəsinə əsasən, su və ya palçığın yolda piyadalara, binalara və ya nəqliyyat vasitələrinə qəsdən sıçradılmasına görə 40 manat məbləğində cərimə tətbiq olunur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!