Yağlı yemək və içki bu havaların dərmanıdır?

saytların hazırlanması

Evə çatdırılma

Yağlı yemək və içki bu havaların dərmanıdır?

Sağlamlıq

16 Aprel 2025 10:05 1239


Aprel ayı adətən baharın ən gözəl çağlarından biri kimi yadda qalsa da, günlərdir Bakıda yazdan əsər-əlamət yoxdur. Artıq iki gündür paytaxtda havalar sərt şəkildə soyuyub, güclü yağış və küləklə müşayiət olunan hava şəraiti sanki bizi yenidən qışa qaytarıb. İnsanların çoxu bu qəfil dəyişikliyə uyğunlaşmaqda çətinlik çəkir, xüsusilə də havaların belə dəyişkən olduğu dövrlərdə immun sistemi zəif olanlar üçün vəziyyət daha da risklidir.

Bu havalarda özümüzü necə qorumalıyıq?

Yenisabah.az xəbər verir ki, havaların qəfil soyuması, yüksək rütubət və külək, orqanizmdə stres reaksiyalarına, immun sisteminin zəifləməsinə səbəb ola bilər. Bu da müxtəlif virusların, soyuqdəymə, qrip və digər infeksiyaların yayılmasını sürətləndirir. pizza

İmmunitet üçün nə yeməliyik?

Soyuq hava dönəmlərində immuniteti gücləndirmək üçün düzgün və balanslı qidalanma çox vacibdir. Tərəvəzlə zəngin, vitaminli, ilıq qidalar, bitki çayları və su qəbulunun artırılması tövsiyə olunur.

Meyvələrdən nar, kivi, portağal, limon, tərəvəzlərdən isə ispanaq, brokoli, kök və sarımsaq immun sistemi üçün olduqca faydalıdır. Həmçinin, D vitamini çatışmazlığının qarşısını almaq üçün əlavə qəbul tövsiyə edilə bilər, çünki günəş şüalarının azalması ilə bədən bu vitamini az sintez edir.

“Yağlı yemək və içki bu havaların dərmanıdır” – yoxsa zərəri?

Bəzi insanlar soyuq havanı “yağlı xörək və içki havası” adlandırır. Onların fikrincə, araq, çaxır kimi içkilər orqanizmi isidir, yağlı yeməklər isə enerji verir və bədəni tox saxlayır. Bu yanaşma isə həkimlərə görə, olduqca yanlışdır.

Yağlı və xəmirli qidaların çox qəbulu həzm sisteminə yük salır, insulin dirəncini artırır, metabolizmanı zəiflədir və artıq çəkiyə səbəb olur. Bu isə pandemiyadan sonra daha da aktuallaşan bir sıra xroniki xəstəliklərin yaranma riskini artırır.

Soyuq hava insanı fiziki olaraq sıxışdıra bilər, amma sağlamlıqla bağlı qərarlarımız emosiyalarla yox, məlumatla yönəldilməlidir. Müvəqqəti istilik və zövq üçün seçilən spirtli içkilər və yağlı yeməklər əslində sağlamlığımıza zərbə vura bilər.

Bu havalarda sağlam qalmaq üçün:

    •    İsti geyinmək

    •    İlıq və vitaminli qidalarla qidalanmaq

    •    Bol su içmək

    •    Bitki çaylarına üstünlük vermək

    •    Fiziki aktivliyi minimum da olsa qorumaq

    •    Spirtli içkilərdən uzaq durmaq

tövsiyə olunur.

Unutmayaq ki, hava dəyişsə də, sağlamlığımız daim bizimlədir.

Əsmətxanım Rzazadə


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!