Fevralın 22-də Gəncə İnzibati-İqtisadi Məhkəməsi hüquqşünas Yalçın İmanovun işi üzrə yekun qərar çıxarıb.
“Yeni Sabah” xəbər verir ki, məhkəmə onun vəkillik fəaliyyətinə xitam verib. Hüquqşünas qərarın ləğvi üçün apellyasiya instansiyasına üz tutacağını bildirib.
Yalçın İmanov 2007-ci ildən Vəkillər Kollegiyasının üzvü olub. Kollegiyanın Rəyasət Heyəti 2017-ci il noyabrın 20-də Yalçın İmanovun vəkillik fəaliyyətinə xitam verilməsi üçün məhkəməyə müraciət qərarı qəbul edib. Məhkəmə baxışına qədər Yalçın İmanovun vəkillik fəaliyyəti dayandırılıb. Sezar pizza
Rəyasət Heyətinin qərarı Penitensiar Xidmət rəhbərliyinin şikayəti əsasında çıxarılıb. Həmin şikayətdə bildirilib ki, Yalçın İmanov hüquqlarını müdafiə etdiyi Abbas Hüseynova Qobustan həbsxanasında işgəncə verilməsi haqda yalan məlumat yayıb.
Telegram kanalımız