“Yalnız bu yolla özümüzü, ailəmizi və digər insanları qoruya bilərik” - Şöbə müdiri

saytların hazırlanması

Evə çatdırılma

“Yalnız bu yolla özümüzü, ailəmizi və digər insanları qoruya bilərik” - Şöbə müdiri

Sağlamlıq

30 Noyabr 2020 11:11 1251


“Kütləvi tədbirlər virusun yayılmasında böyük rol oynayır. Ona görə də bütün tədbirlər yoluxmanın azaldılmasına yönəlməlidir. Bununla biz həm özümüzü, həm ailəmizi, həm də digər vətəndaşlarımızı qoruya bilərik”.

Yenisabah.az xəbər verir ki, bunu Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun Döş qəfəsi cərrahiyyəsi şöbəsinin müdiri Barat Bayramov deyib.

O qeyd edib ki, koronavirusun yayılma sürətini azaltmaq üçün ölkədə sərt məhdudiyyətlər tətbiq edilməlidir: Dördpendirli pizza

“Bu gün bütün dünyada COVID-19 xəstəliyinə yoluxanların sayının kəskin artması müşahidə olunur. Bizim ölkəmizdə də son günlər koronavirus daşıyıcılarının, həmçinin bu xəstəlikdən dünyasını dəyişənlərin sayı artır. Bunların  qarşısını almaq üçün sərt məhdudiyyətlər qoyulmalıdır. Onların tətbiqi yoluxmanın qarşısını tam almasa da, sürətini azaltmış olur. Bu isə xəstəxanalarda çarpayı məhdudiyyətini aradan götürər, xəstələrin vaxtında adekvat, stasionar şəraitdə tibbi yardım almalarına gətirib çıxarar. Nəticədə xəstəliyə yoluxanlar arasında ölüm faizi xeyli azalar”.

Həkim diqqətə çatdırıb ki, bu gün vətəndaşlar koronavirusun yayılmasının qarşısını almaq üçün tətbiq olunan bütün qaydalara əməl etməli, həmçinin bir-birini maarifləndirməlidir:

“Bu xəstəliyin keçici olması, digər ailə üzvlərini yoluxdurması, əsasən, yaşlı əhali üçün daha ölümcül olması haqqında geniş məlumat verilməlidir. Bununla da yayılma sürətinin qarşısını nisbətən almaq olar”.

Sayad HƏSƏNLİ


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!