“Yalnız tərbiyəsiz adamlar ictimai məkanda söyüş söyə bilərlər”

saytların hazırlanması

Evə çatdırılma

“Yalnız tərbiyəsiz adamlar ictimai məkanda söyüş söyə bilərlər”

ECONOMICS

11 May 2022 15:02 8638


“Təəssüf ki, Azərbaycanda sosial şəbəkələr sürətlə enerji qəbiristanlığına çevirilir. Sosial şəbəkələrdə olmaq vaxt itkisi ilə yanaşı, həm də əsəb və stessə səbəb olur. Buna səbəb sosial şəbəkələrdən sui-istifadə hallarının artmasıdır”.

Bu sözləri SİA-ya açıqlamasında Yenisabah.az saytının baş redaktoru Seymur Verdizadə deyib. Jurnalist bildiirb ki, sosial şəbəkə intellektual platforma deyil. Çünki kütləvidir, nəzarətdən tamamilə kənardır. Amma söyüş platforması da olmamalıdır: “İnsanlar sosial şəbəkələrə ictimai məkan kimi baxmağı bacarmalıdırlar. Yalnız tərbiyəsiz adamlar ictimai məkanda söyüş söyə bilərlər.

Sosial şəbəkələrdən sui-istifadə halları yolverilməzdir. Heç kimin ixtiyarı yoxdur ki, başqasını təhqir etsin, onun şərəf və ləyaqətini alçaltsın. Bu, mənfi tendensiyaya çevrilə və cəmiyyətdəki mənəvi abu-havanı zəhərləyə bilər. Buna görə də sosial şəbəkələrdə söyüş söyən adamları barədə qanunamüvafiq qaydada ölçü götürülməsini vacib hesab edirəm. Əlbəttə, bunda məqsəd azad fikri boğmaq deyil, yaranmış əlverişli mühitdən sui-istifadə hallarının qarşısını almaqdır”. Toyuqlu pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!