Yanan şəxsi söndürərkən polis də xəsarət alıb - DİN-dən   AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

Yanan şəxsi söndürərkən polis də xəsarət alıb - DİN-dən AÇIQLAMA

Hadisə

26 Aprel 2022 21:48 1259


Bu gün saat 15 radələrində Daxili İşlər Nazirliyinin qarşısında orta yaşlı şəxs özünü yandırıb.

Həmin şəxs üzərinə yandırıcı maye tökərək özünə od vurub. Polis əməkdaşlarının köməyi ilə alov söndürülüb. Bu zaman polis əməkdaşlarından biri əl və qol nahiyəsindən xəsarətlər alıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, həmin şəxsi polis əməkdaşları söndürərək xəstəxanaya çatdırıblar:

“Həmin şəxsin evinin həyətində inşa etdiyi qanunsuz tikili yerli idarəetmə orqanları tərəfindən sökülüb. O da buna etiraz əlaməti olaraq nazirliyin qarşısına gələrək intihara cəhd edib. Baş vermiş hadisə Daxili İşlər Nazirliyinin fəaliyyəti ilə əlaqədar deyil".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!