Yanğına görə avtobusların yolu dəyişdirildi

saytların hazırlanması

Evə çatdırılma

Yanğına görə avtobusların yolu dəyişdirildi

Avto

23 İyun 2019 09:29 1413


Qara Qarayev prospektindəki (metronun “Neftçilər” stansiyası yaxınlığı) ticarət mərkəzində baş verən yanğınla əlaqədar qeyd edilən yolun bir hissəsində hərəkət məhdudlaşdırılıb. 

“Yeni Sabah” xəbər verir ki, bu haqda məlumatı Bakı Nəqliyyat Agentliyi yayıb. Xəbərə görə, Dakar dairəsindən 8-ci kilometr bazarı istiqamətində yol bağlanıb. 

Bu səbəbdən də 11;12;7A 15;22;30;32;35;36;40;44;49;50;51;57;60;62;64;81;103;105;141;214 saylı marşrutlar üzrə avtobusların istiqamətləri Neftçilər metroduna doğru gedərkən Q.Qarayev pr.-Naxçıvanski küç.-B.Çobanzadə küç.-R.Rüstəmov küç. ilə Dakar meydanına və əks istiqamətdə (bəzi marşrutlar) yönəldilib. Pepperoni pizza

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!