Yanğına görə bağlanan yol hələ açılmayıb

saytların hazırlanması

Evə çatdırılma

Yanğına görə bağlanan yol hələ açılmayıb

Avto

26 Mart 2019 22:56 1186


Qara Qarayev prospektindəki ticarət mərkəzində baş verən yanğınla əlaqədar olaraq prospektin Bəhruz Nuriyev küçəsi ilə kəsişməsindən Rüstəm Rüstəmov küçəsi ilə kəsişməyədək olan hissəsində nəqliyyat vasitələrinin hərəkətinə tətbiq edilən məhdudiyyət davam edir.

BNA-dan “Yeni Sabah”a verilən məlumata görə, Agentlik tərəfindən görülən tədbirlər nəticəsində müntəzəm marşrut xətləri üzrə avtobusların fasiləsiz hərəkəti təmin edilib. Görülən tədbirlər sayəsində ictimai nəqliyyatın fəaliyyətində çətinliklər müşahidə olunmayıb.

Məhdudiyyətin davam etdiyi müddətdə Qara Qarayev prospektindən keçən müntəzəm marşrut xətti üzrə avtobuslar Bəkir Çobanzadə, Məhsəti Gəncəvi küçələrindən keçməklə hərəkət edir. pizza

Bakı Nəqliyyat Agentliyi Nəqliyyatı İntelektual İdarəetmə Mərkəzi tərəfindən Qara Qarayev prospektində ictimai nəqliyyatın, eləcə də digər nəqliyyat vasitələrinin hərəkətinin təmin edilməsi üçün zəruri tədbirlər görülməkdədir.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!