Yanğından zərərçəkən sahibkarlar nə etməlidir? - “Ziyanın böyük hissəsi onların çiyninə qalacaq”

saytların hazırlanması

Evə çatdırılma

Yanğından zərərçəkən sahibkarlar nə etməlidir? - “Ziyanın böyük hissəsi onların çiyninə qalacaq”

İqtisadiyyat

26 Mart 2019 15:44 1180


Xəbər verdiyimiz kimi paytaxtın Nizami rayonunda yerləşən “Diqlas” ticarət mərkəzində yanğın baş verib.  Yanğında sahibkarlara ciddi ziyan dəyib. Fövqəladə hallar naziri Kəmaləddin Heydərov  sahibkarlara kompensasiya verilib-verilməyəcəyinin sonrakı proses olduğunu qeyd edib.

Məsələ ilə bağlı  iqtisadçı Natiq Cəfərli “Yeni Sabah”a açıqlama verib. O bildirib ki, normal qaydalara görə, “Diqlas” ticarət mərkəzindəki bütün obyektlər, daşınmaz əmlak, mal-mülklər sığortalanmalı idi:

“İnanmıram ki, həmin ticarət mərkəzində olan iş adamları və ya ticarətlə məşğul olan fiziki və hüquqi şəxslər sığortadan istifadə ediblər. Ona görə də sığorta yoxdursa və yanğından dəyən ziyanın geri qaytarılması sığorta şirkətləri vasitəsilə mümkün olmayacaq. Belə olduğu halda, dövlət yardımının olub olmayacağını  gözləmək lazımdır. İlkin xəbərlərə görə, ticarət mərkəzində  bəzilərinin yüz minlərlə manatlıq malı-mülkü yanıb. Hansısa bir işçinin, kiçik sahibkarın  səhlənkarlığı nəticəsində yanğının baş tutduğu aşkarlansa belə  həmin  şəxslərin bu qədər dəymiş ziyanın geri qaytarılması istiqamətində  addım atacağına da inanmıram. Sığorta yoxdursa, məhkəmə qərarları uzun çəkəcəksə - hətta indi araşdırmalara başlanılsa, bir neçə ildən sonra məhkəmə qərarları çıxarıla bilər – ona görə o insanların yeganə ümidi dövlət orqanlarına qalacaq. Hər şey həmin qurumlardan asılıdır. Açığı, dövlətin belə bir öhdəliyi də yoxdur. Sahibkarlara yalnız hər hansı yardımın edilməsi üçün yaradılmış dövlət komissiyasının  təkliflə çıxış etməsini gözləmək qalır.  Görünən odur ki, dəymiş ziyanın böyük hissəsi vətəndaşların çiyninə qalacaq”. Pepperoni pizza

Günay Rəsulqızı


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!