Yanğınsöndürənlərimiz Türkiyədən qayıdır  

saytların hazırlanması

Evə çatdırılma

Yanğınsöndürənlərimiz Türkiyədən qayıdır  

Maraqlı

16 Avqust 2021 09:35 1034


Türkiyədə meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq qardaş ölkəyə yollanmış Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğın-xilasetmə qrupları vətənə qayıdır.

Yenisabah.az xəbər verir ki, qardaş ölkədə baş verən meşə yanğınlarının söndürülməsində FHN-in 743 əməkdaşı yüksək fədakarlıq göstərib.

Bundan başqa, 97 texnika, o cümlədən 77 yanğınsöndürmə, 6 nasos avtomobili, 1 yanacaqdoldurma çəni, 4 qərargah avtomaşını, 2 avtobus və 1 pikap, eləcə də köməkçi texniki vasitələr, “BE-200ÇS” tipli amfibiya təyyarəsi və 1 helikopter Türkiyədə meşə yanğınlarının söndürülməsinə cəlb edilmişdi. Dominos pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!