Yankoviç “Atletik Bilbao”ya qarşı oynayacaq? - Qurban Qurbanovdan AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

Yankoviç “Atletik Bilbao”ya qarşı oynayacaq? - Qurban Qurbanovdan AÇIQLAMA

İdman

17 Oktyabr 2025 22:18 287


"Yankoviçi daha çox oynatmaq istəyirdim".

Yenisabah.az xəbər verir ki, bunu "Turan Tovuz" - "Qarabağ" oyunundan sonra Qurban Qurbanov zədədən qayıdan Yankoviçin qarşıdakı görüşdə meydana çıxıb-çıxmayacağı barədə suala cavabında deyib.

O bildirib ki, Yankoviçi 30 dəqiqə oynatmağı nəzərdə tutmuşduq: pizza

"Lakin yalnız 15 dəqiqə oynadı. Meydan da sürüşkən idi. Ona görə ehtiyatlandıq. Qarşıda keçirəcəyimiz məşq sessiyalarından sonra onun "Atletik Bilabo" ilə oyunda iştirak edib-etməməsi barədə dəqiq qərar veriləcək".

Q.Qurbanov UEFA Çempionlar Liqasının III turunda "Atletiko Bilbao" ilə keçiriləcək oyun barədə də danışıb:

"Rəqiblə bir az maraqlanmışam, amma tam analiz etməmişik. "Atletik Bilbao" ən dinamik oyun sərgiləyən komandalarından biridir və bu, statistikada da öz əksini tapır. Çalışacağıq ki, öz oyunumuzu oynayaq".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!