Yanvarda 3 milyardlıq alış-veriş olub

saytların hazırlanması

Evə çatdırılma

Yanvarda 3 milyardlıq alış-veriş olub

İqtisadiyyat

13 Fevral 2019 13:18 1001


2019-cu ilin yanvar ayında pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri əvvəlki ilin eyni ayının səviyyəsini müqayisəli qiymətlərlə 2,7 faiz üstələyərək 2,9 milyard manata bərabər olub.

“Yeni Sabah” xəbər verir ki, Dövlət Statistika Komitəsinin hesablamalarınaa görə, ticarət dövriyyəsinin 1,5 milyard manatını ərzaq məhsulları, içkilər və tütün məmulatları, 1,4 milyard manatını qeyri-ərzaq məhsulları təşkil edib və satılmış məhsulların dəyəri 2018-ci ilin yanvar ayına nisbətən real ifadədə müvafiq olaraq 2,4 faiz və 3,1 faiz artıb.

2019-cu ilin yanvar ayında alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 44,3 faizi ərzaq məhsullarının, 5,9 faizi içkilər və tütün məmulatlarının, 17,6 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6,1 faizi elektrik malları və mebellərin, 5,7 faizi avtomobil yanacağının, 1,3 faizi əczaçılıq və tibbi malların, 0,7 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 18,4 faizi isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub. Dördpendirli pizza

2019-cu ilin yanvar ayında əhalinin bir nəfərinə düşən orta pərakəndə ticarət dövriyyəsi  293,8 manat və ya 2018-ci ilin müvafiq ayının göstəricisindən nominal ifadədə 8,1 manat çox olub. Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla ay ərzində 147,6 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 146,2 manatlıq qeyri-ərzaq məhsulları  alıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!