YAP-çı deputatdan şad xəbər: Maaş və pensiyalar artırılacaq

saytların hazırlanması

Evə çatdırılma

YAP-çı deputatdan şad xəbər: Maaş və pensiyalar artırılacaq

Sosial

02 Aprel 2024 13:52 3861


YAP-çı deputat Elman Nəsirov maaş və pensiyaların artırılacağı anonsunu verib. 

Yenisabah.az xəbər verir ki, deputat bu barədə TV Müsavat-a açıqlamasında danışıb. Onun sözlərinə görə, əhalinin aztəminatlı təbəqəsinin rifah halının yaxşılaşdırılması hökumətin qarşısında dayanan prioritet məsələlərdən biridir: 

“İl ərzində əməkhaqlarının, maaşların və müavinətlərin qalxması prosesi davam etdiriləcək. Şəhərin mərkəzində tətbiq olunan parklanma qiymətlərinin aşağı salınması ilə bağlı isə məndə heç bir məlumat yoxdur. Ancaq məndə o məlumat var ki, maaşlar və müavinətlərlə bağlı məsələyə bir daha baxılacaq ki, insanlar bunun əziyyətini hiss etməsin” - deyə deputat qeyd edib.  Dominos pizza

Qeyd edək ki, son vaxtlar əhali arasında bir çox sahələrdə maaş və pensiyaların artırılacağı ilə bağlı gözləntilər var. İqtisadçılar bununla bağlı müvafiq qərarın bu ilin ikinci yarısında qəbul ediləcəyini bildirirlər. 

Nazim HACIYEV 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • RAHİM
    DEPUTATA AİD OLMAYAN MƏSƏLƏDƏN YALAN MƏLUMATDIR. HIR İL BU VAXTLAR BU BARƏDƏ DANIŞIRLAR ANCAQ NƏTİCƏDƏ ÖZLƏRİNİN MAAŞLARI QALXIR.
    2 years ago