Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatında qazilər- Vətən Müharibəsi Qəhrəmanı, polkovnik-leytenant Anar Mirzəyev və Xətai Rayon İcra Hakimiyyətində Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Anar Məmmədovla YAP gənclərinin görüşü təşkil olunub.
“Yeni Sabah” xəbər verir ki, tədbirdə YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə bildirib ki, bu görüş böyük məna və əhəmiyyət kəsb edir: “44 günlük Vətən müharibəsində Azərbaycan Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə rəşadətli ordumuzun döyüş meydanında göstərdiyi şücaət və qəhrəmanlıq nəticəsində parlaq Qələbə qazandı. Əlbəttə, bu Qələbə asan əldə edilmədi. Yüzlərlə şəhid verdik. Şəhidlərimizin ruhu qarşısında baş əyir, qazilərimizə Allahdan şəfa diləyirəm”.
Görüşdə çıxış edən Vətən Müharibəsi Qəhrəmanı Anar Mirzəyev bildirdi ki, “XXI əsr müharibəsi” adlandırılan İkinci Qarabağ müharibəsində nə qədər müasir silahlardan, yüksək texnologiyalardan istifadə olunsa da bu gün qürurla qeyd etdiyimiz Qələbəni Azərbaycanın mərd, cəsur, qorxmaz oğullarının sayəsində qazanmışıq. Toyuqlu pizza
Qazi A. Mirzəyev ən ağır döyüşlərin getdiyi anda belə əsgərlərin, şəxsi heyətin yüksək əhval-ruhiyyəsinin, döyüş əzminin qətiyyən zəifləmədiyini, əksinə hər çətin ərazi relyefinə malik rayonlarımızın düşmən tapdağından azad olunduğu günlərdə onların daha çox sevindiyini, keçirdikləri hisslərin sözlərlə ifadə edilməsinin mümkünsüzlüyünü dilə gətirib.
Qarabağ qazisi Anar Məmmədov da çıxış edərək o günləri bir daha yada saldı: “Mən 2020-ci ilin 26 sentyabrında “N” saylı hərbi hissəyə yollananda artıq hər şeyi göz önünə almışdım. Müharibədən bir ay öncə də müsahibəmdə demişdim ki, baxmayaraq sağlamlığımı itirmişəm, yaralı olmuşam, o savaşda iştirak etmək mənim borcumdur”.
Görüşün sonunda qazilərə hədiyyə təqdim edilib.
Telegram kanalımız