YAP-dan yeni qərar: Nazirlər medianın önünə çıxır

saytların hazırlanması

Evə çatdırılma

YAP-dan yeni qərar: Nazirlər medianın önünə çıxır

Siyasət

03 Sentyabr 2019 11:16 1047


Yeni Azərbaycan Partiyasının İcra Katibliyi partiyanın mənzil qərargahında keçirilən ənənəvi mətbuat konfranslarının bərpası haqda qərar qəbul edib.

“Yeni Sabah” xəbər verir ki, layihənin məqsədi prezident İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasətin uğurları, cəmiyyət həyatının bütün sahələrini əhatə edən möhtəşəm islahatlar, əhalinin sosial rifahının daha da yaxşılaşdırılması istiqamətində atılan məqsədyönlü addımlar haqqında Azərbaycan vətəndaşlarına daha mötəbər, operativ və dolğun informasiyanın çatdırılmasıdır.

Layihə çərçivəsində bütün dövlət və hökumət qurumlarının rəhbərlərinin iştirakı ilə YAP İcra Katibliyində mətbuat konfranslarının keçirilməsi nəzərdə tutulur. Marqarita pizza

Sentyabrın 10 –da ilk mətbuat konfransı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevin iştirakı ilə keçiriləcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!