Bu gün Yeni Azərbaycan Partiyası İdarə Heyətinin növbəti iclası keçirilib.
“Yeni Sabah” xəbər verir ki, iclasda YAP İdarə Heyətinin 2018-ci ilə dair illik hesabatı, Yeni Azərbaycan Partiyasının tərkibi, Gənclər Birliyinin və Qadınlar Şurası tərkibi haqqında 2018-ci ilə dair illik statistik hesabat, partiyanın 2018-ci il üzrə maliyyə hesabatı və İdarə Heyətinin 2019-cu ilin birinci yarımilliyinə dair iş planı müzakirə olunaraq qəbul edilib.
Hesabatda edilib ki, YAP sıralarının genişlənməsi ötən il ərzində də davam edib, bu dövr ərzində 24 min nəfərdən çox yeni üzv qəbul edilib və partiya üzvlərinin sayı 732 min nəfəri keçib. Marqarita pizza
İdarə Heyətinin iclasında YAP-ın ötən ilə dair gəlirləri və xərcləri barədə hesabat dinlənilib. Qeyd olunub ki, 2018-ci ildə partiyanın gəlirləri 9 413 001 manat olub. Bunun 8 045 144 manatını üzvlük haqları, 1 367 857 manatını büdcədən siyasi partiyalara ayrılan dövlət dəstəyindən düşən pay təşkil edib. Bundan əlavə, hesabat ilinin əvvəlinə partiyanın cari və ehtiyat hesablarında 6 446 014 manat olub.
Partiyanın hesabına daxil olan maliyyə vəsaitinin 4 671 869 manatı partiyanın İcra Katibliyinin və yerli təşkilatlarının əməkdaşlarının əmək haqqının ödənilməsinə, 633 991 manatı partiya və onun yerli təşkilatlarının, gənclər və qadınlar təşkilatlarının keçirdiyi tədbirlərin maliyyələşməsinə, xeyriyyə aksiyalarına, 184 197 manatı ezamiyyə xərclərinə, 447 067 manatı inventarların alınmasına, 6 882 258 manatı Partiyanın yeni inzibati binasının tikintisinə, 232 863 manatı təmir işlərinə, 453 255 manatı kommunal və təsərrüfat xərclərinə, 288 019 manatı yanacaq və avtomobillərə xidmət işlərinə, 71 125 manatı bank xidmətinə, 57 692 manatı dəftərxana xərclərinə, 33 035 manatı çap işlərinə, 212 817 manatı isə sair xərclərə sərf edilib.
Hesabat ilinin sonuna partiyanın cari hesablarında 1 937 374 manat qalıb.
Telegram kanalımız