YAP-ın yeni ərazi partiya təşkilatı yaradıldı

saytların hazırlanması

Evə çatdırılma

YAP-ın yeni ərazi partiya təşkilatı yaradıldı

Siyasət

17 Fevral 2022 14:55 2429


Sıralarında 16 mindən artıq  üzvü birləşdirən Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatı ərazi partiya təşkilatlarının sayını artırır. Belə ki, fevralın 17-də YAP Xətai rayon təşkilatı ərazi  partiya təşkilatlarının  sırasına daha biri - Xudu Məmmədov küçəsi 3 ünvanında yerləşən   ərazi partiya təşkilatı  daxil olub.

Yeni yaradılan ərazi partiya təşkilatına gələcək fəaliyyətində uğurlar arzulayan YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə 30 illik yubileyini qeyd edəcək Yeni Azərbaycan Partiyasının keçdiyi inkişaf yolundan, cəmiyyətdə artan nüfuzundan və mövqeyindən  geniş bəhs edib. Bildirib ki, partiya  fəaliyyətində daim yeniləşməyə, müasirləşməyə, təkmilləşməyə xüsusi önəm verir: “YAP-ın ötən il tarixi Zəfərimizin yaratdığı  reallıqlar fonunda keçirilən VII qurultayında dövlət başçısı İlham Əliyevin proqram xarakterli nitqi qarşıya yeni-yeni vəzifələr qoydu. Hər dövrün, zamanın öz tələbləri vardır.  Yeni Azərbaycan Partiyası   VII qurultayında qəbul etdiyi qərarlarla bir daha yenilikçi siyasi qüvvə olduğunu nümayiş etdirdi.  Partiya 30 illik yubileyini Zəfər ab-havasında qeyd edəcək, ötən illərin uğurları fonunda yeni-yeni hədəfləri müəyyənləşdirməklə   Qarabağlı və Şərqi Zəngəzurlu Azərbaycanın dayanıqlı inkişafına, daha da qüdrətlənməsinə öz böyük töhfələrini verəcək.  Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin yaradıcısı olduğu, Müzəffər Ali Baş Komandan, Prezidentimiz İlham Əliyevin rəhbərlik etdiyi partiyada təmsil olunmaq hər bir üzv üçün böyük qürurdur.”

Sonra təşkilati məsələyə baxılıb. Azər Əsədov ilkin olaraq 83 nəfər YAP üzvünü birləşdirən Xudu Məmmədov 3 ünvanında yerləşən ərazi partiya təşkilatının sədri, Sədrəddin İmanov isə sədr müavini seçiliblər. Marqarita pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Agamirza Fataliyev
    Yeni yaradılmış təşkilata uğurlar arzulayıram. Ancaq həm yeni yaradılmiş,həmdə fəaliyyətdə olan YAP rəhbərliyinə tövsiyəm ondan ibarətdir ki, cənab prezidentin verdiyi tapşırıqların,Fərman və Sərəncamların vaxtında yerinə yetiriməsinə nəzarəti gücləndirsinlər
    4 years ago