YAP maliyyə hesabatını MSK-ya təqdim etdi

saytların hazırlanması

Evə çatdırılma

YAP maliyyə hesabatını MSK-ya təqdim etdi

Siyasət

06 Mart 2022 14:45 600


Hakim Yeni Azərbaycan Partiyası (YAP) 2021-ci il üzrə maliyyə hesabatını Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim edib. 

Modern.az-ın əldə etdiyi məlumata görə, iqtidar partiyasının hesabatı yaxın günlərdə MSK-nın rəsmi saytında yerləşdiriləcək. 

Qeyd edək ki, MSK hələlik maliyyə hesabatını təqdim edən 8 partiyanın sənədlərini dərc edib.  pizza mizza

Xatırladaq ki, siyasi partiyaların MSK-ya 2021-ci il üzrə maliyyə hesabatı təqdim etmələri üçün nəzərdə tutulan müddət aprelin 1-də başa çatır. MSK aprelin 1-dək illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə təqdim etməyən siyasi partiyalar barədə Ədliyyə Nazirliyinə məlumat verməlidir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!