"Martın 5-də ölkənin ictimai-siyasi həyatında aparıcı rol oynayan, cəmiyyətin avanqard qüvvəsi kimi nüfuz qazanan, irəli sürdüyü təşəbbüsləri, qəbul etdiyi qərarları ilə Azərbaycanın dayanıqlı inkişafına böyük töhfələr verən Yeni Azərbaycan Partiyasının (YAP) VII qurultayından iki il keçir. Qurultay partiyanın ictimai-siyasi həyatında yeni mərhələnin başlanğıcı oldu".
Yenisabah.az xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.
Vüqar Rəhimzadə qeyd edib ki, ötən müddət ərzində Yeni Azərbaycan Partiyasının həyatında biri-birindən əhəmiyyətli hadisələr baş verib. Ən əsası YAP qələbələr partiyası kimi böyük nüfuz qazanıb, sıralarını kəmiyyət və keyfiyyət baxımından daha da möhkəmləndirib. Sezar pizza
YAP Xətai rayon təşkilatının sədri qeyd edib ki, partiyanın VII qurultayının müəyyən etdiyi əsas vəzifələrdən biri də partiyanın strukturunun yenilənməsi, yerli təşkilatların müasir çağırışlara uyğun yenidən qurulması idi. Partiyanın yeni Nizamnaməsinə uyğun olaraq partiyanın yerli təşkilatları yeni prinsiplər əsasında formalaşdırıldı. Son iki ilin uğurları səmərəliliyin yüksək səviyyədə təmin olunduğunu, hər bir rayon təşkilatının qarşıya qoyulan vəzifələri müasir tələblər səviyyəsində həyata keçirdiyini nümayiş etdirir.
“Partiyanın 5 fəsildən ibarət olan yeni Proqramı bugünümüz və sabahımız üçün mövcud çağırışların məcmusudur” söyləyən Vüqar Rəhimzadə bildirib ki, ötən il 30 illik yubileyini qeyd edən Yeni Azərbaycan Partiyası fəaliyyətdə olduğu dövrün hesabatını təqdim etdi.
Vüqar Rəhimzadə Yeni Azərbaycan Partiyasının ölkəmizdə siyasi dialoq mühitinin daha da möhkəmləndirilməsi, siyasi partiyalar arasında birliyin, həmrəyliyin yaradılıması istiqamətində fəaliyyətini xüsusi qeyd etdi. VII qurultayda 6 siyasi partiyanın Yeni Azərbaycan Partiyasına qoşulmaq barədə qərarı YAP-ın cəmiyyətdə gündən-günə artan nüfuzunun göstəricilərindəndir.
Telegram kanalımız