Fevralın 28-də Bakı Gənclər Mərkəzində Yeni Azərbaycan Partiyası (YAP) Sabunçu rayon təşkilatının yaradılmasının 30 illiyi qeyd edildi.
Tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin Mərkəzin qarşısında abidəsini ziyarət edərək, önünə qızıl gül dəstələri qoydular.
Bakı Gənclər Mərkəzinin akt zalında davam edən tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi. Ümummilli lider Heydər Əliyevin, torpaqlarımızın azadlığı uğrunda mübarizədə canlarını qurban vermiş Vətən oğullarının, eləcə də qardaş Türkiyədə təbii fəlakət nəticəsində həlak olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. pizza sifarişi
Tədbiri giriş sözü ilə açan YAP Sabunçu rayon təşkilatının sədri Araz Xudadanov iştirakçıları bu əlamətdar gün münasibətilə təbrik etdi. Bildirdi ki, dahi şəxsiyyət Heydər Əliyevin yaradıcısı olduğu, bu gün möhtərəm Prezidentimiz İlham Əliyevin uğurla rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyası ötən 30 ildə çətin və şərəfli yol keçib.
Araz Xudadanov qeyd etdi ki, YAP Sabunçu rayon təşkilatı partiyanın ilk yaradılan təşkilatları sırasındadır. Bu gün rayon təşkilatı 99 ərazi partiya təşkilatında 11 mində artıq üzvü birləşdirir.
Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev ölkəmizin, Yeni Azərbaycan Partyasının keçdiyi inkişaf yolundan geniş bəhs etdi. Vurğuladı ki, müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin hakimiyyətinin birinci dövründə yaratdığı möhkəm təməl bugünkü Azərbaycanın dayanıqlı inkişafında öz sözünü deyir. Ulu Öndər Azərbaycanı canından artıq sevməsi ilə fəxr etməklə yanaşı, daim onun çiçəklənməsinə, qüdrətlənməsinə səy göstərib.
Tədbirin sonunda YAP Sabunçu rayon təşkilatının yaradılmasının 30 illiyi münasibətilə bir qrup təşkilat üzvünə Fəxri fərmanlar, partiya sıralarına yeni daxil olanlara isə üzvlük vəsiqəsi təqdim edildi.
Sonda Yeni Azərbaycan Partiyasının 30 ildə keçdiyi şərəfli yolu özündə əks etdirən sənədli film nümayiş olundu.



Telegram kanalımız