Fevralın 22-də Yeni Azərbaycan Partiyasının (YAP) Xətai rayon təşkilatı yaradılmasının 30 illiyini qeyd etdi.
Yenisabah.az xəbər verir ki, tədbir iştirakçıları öncə Xətai rayonundakı Heydər Əliyev Parkında Ulu Öndərin abidəsini ziyarət edərək, əziz xatirəsini ehtiramla andılar.
YAP Xətai rayon təşkilatında davam edən tədbiri giriş sözü ilə rayon təşkilatının sədri Vüqar Rəhimzadə açdı. Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi. Daha sonra ümummilli lider Heydər Əliyevin, torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə ucalan Vətən oğullarının, eləcə də qardaş Türkiyədə təbii fəlakət nəticəsində həlak olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. pizza sifarişi
Daha sonra Vüqar Rəhimzadə bildirdi ki, ötən il ulu öndər Heydər Əliyevin yaradıcısı olduğu, dünənin, bu günün və gələcəyin partiyası kimi dəyərləndirdiyi, hazırda Prezident İlham Əliyevin Sədrliyi ilə uğurla inkişaf edən, regionun ən böyük siyasi təşkilatı olan Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 30 ili tamam oldu. Partiyanın keçdiyi 30 illik şərəfli yolun təhlili fonunda bu reallıq hər zaman qeyd edilir ki, YAP bundan sonra da ölkəmizdə gedən bütün proseslərin mərkəzində olacaq.
Tədbirin sonunda YAP Xətai rayon təşkilatının həyatında fəal iştiraklarına görə bir qrup üzvə Fəxri fərmanlar, partiyaya yeni daxil olanlara üzvlük vəsiqəsi təqdim olundu.
Müstəqil Azərbaycanın və Yeni Azərbaycan Partiyasının keçdiyi inkişaf yolunu əks etdirən film nümayiş etdirildi və xatirə şəkli çəkdirildi.
Telegram kanalımız