YAP Xətai təşkilatının yeni ərazi partiya təşkilatı yaradılıb

saytların hazırlanması

Evə çatdırılma

YAP Xətai təşkilatının yeni ərazi partiya təşkilatı yaradılıb

Siyasət

02 Noyabr 2021 14:09 1025


16 mindən çox üzvü  olan YAP Xətai rayon təşkilatı ərazi partiya təşkilatlarının sayını artırır. Belə ki, noyabrın 1-də 132 ərazi partiya təşkilatının sırasına daha biri- ASAN ərazi partiya təşkilatı daxil olub.

Yeni yaradılan ərazi partiya təşkilatına gələcək fəaliyyətində uğurlar arzulayan YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə bildirib ki,  hər dövrün öz tələbləri vardır: 

“Fəaliyyətində daim yeniləşməyə, müasirləşməyə, təkmilləşməyə xüsusi önəm verən Yeni Azərbaycan Partiyası  VII qurultayında qəbul etdiyi qərarlarla bir daha yenilikçi siyasi qüvvə olduğunu nümayiş etdirdi. Yeni tərkibin formalaşdırılması, yeni reallıqlara uyğun addımların atılması da deyilənlərin təsdiqidir. Digər tərəfdən, Azərbaycan daim yeniliklərə imza atan ölkə kimi beynəlxalq arenada nüfuz qazanır. Azərbaycan brendi kimi dünyaya səs salan “ASAN xidmət”, ABAD,  DOST layihələri də bu tərkibdəndir.  İdarəçilik sistemində təkmilləşmə, yenilişmə Azərbaycanın dayanıqlı inkişafının əsasıdır. Ən əsası yeniliklər vətəndaş məmnunluğunun təmin olunmasına xidmət edir.” pizza hut

Sonra təşkilati məsələyə baxılıb.  Fərid Sadıxlı ASAN ərazi partiya təşkilatının sədri, Murad Əlizadə isə sədr müavini seçiliblər.  

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!