Yaponiya hökuməti yaxın 10 il ərzində atmosferə karbon qazı buraxmayan iqtisadiyyat qurmaq üçün 20 trilyon yen (157 milyard dollar) xərcləmək qərarına gəlib
Yenisabah.az "Asahi" qəzetinə istinadla xəbər verir ki, vəsait bu proqramlarda fəal iştirak edəcək özəl şirkətlərə subsidiyalara xərclənəcək.
Qərarı Yaponiyanın Baş naziri Fumio Kişida planı hazırlayan ekspertlər qrupu ilə görüşdə şəxsən elan edib. pizza
İqtisadiyyat, Ticarət və Sənaye Nazirliyi hazırda mineral yanacağın istifadəsindən asılılığın azaldılması üçün ölkə iqtisadiyyatının enerji təminatının təkmilləşdirilməsi sahəsində kompleks proqram hazırlayır. Xüsusilə, neft, təbii qaz və kömürün yanma zamanı karbon qazı buraxmayan, o cümlədən dövlət subsidiyaları hesabına getdikcə daha çox hidrogen və ammonyakla əvəzlənməsi nəzərdə tutulur.
Yaponiyada sənaye və avtomobil emissiyaları karbon qazının 2050-ci ilə qədər sıfıra enəcəyi gözlənilir.
Telegram kanalımız