Yaponiya Ukraynaya yardımı 2 qat artırır

saytların hazırlanması

Evə çatdırılma

Yaponiya Ukraynaya yardımı 2 qat artırır

Dünya

19 May 2022 10:31 939


Yaponiya hökuməti humanitar ehtiyaclar üçün Ukraynaya daha 300 milyon dollar maliyyə yardımı ayırmağa qərar verib.

Yenisabah.az NHK-yə istinadla xəbər verir ki, bunu Yaponiyanın baş naziri Fumio Kişida bildirib.

O deyib: "Bu günə qədər biz Ukraynaya 300 milyon dollar maliyyə dəstəyi ayırmışıq. Məbləğin 2 dəfə artırılması və 600 milyon dollara çatdırılması qərara alınıb". Pepperoni pizza

Yaponiya hökumətinin başçısı əlavə edib ki, Ukraynada vəziyyət çox çətin olaraq qalır və Yaponiya G7-nin bir hissəsi kimi Ukraynaya dəstəyini davam etdirməlidir.

Kişida, həmçinin bildirib ki, gələn həftə Yaponiyaya səfər edəcək ABŞ prezidenti Co Baydenlə gözlənilən görüşdə, həmçinin Yaponiya və Birləşmiş Ştatların liderləri ilə Dördlü Təhlükəsizlik Dialoqu sammiti zamanı Ukraynaya dəstək üçün addımlar barədə ətraflı məlumat verəcək.

Tədbir Tokioda keçiriləcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!