Yaponiyada yaşı 100-ü keçmiş insanların sayı 70 min nəfəri ötüb. Asiya ölkəsinin səhiyyə nazirliyi bununla bağlı məlumat yayıb.
"Yeni Sabah" xarici KİV-nə istinadən xəbər verir ki, yaşı 100-ü keçmiş insanların əksəriyyəti qadınlardır. Ümumilikdə Yaponiyada belə 8463 kişi və 62700 qadın var.
Son bir ildə ölkədə uzunömürlülərin sayı 1453 nəfər artıb. Beləliklə, Yaponiya 49-cu dəfə uzunömürlülərin rekordunu təzələyib. pizza mizza
1963-cü ildə ilk dəfə uzunömürlülər sayılarkən Yaponiyada belə 153 adam vardı. Son 30 ildə yaşı 100-ü keçmişlərin sayı 23 dəfə artıb. Yaponiya Səhiyyə Nazirliyində düşünürlər ki, əsas səbəb tibb sahəsindəki texnologiyaların inkişafıdır. Bundan başqa yaponlar da səhhətinə çox məsuliyyətli yanaşır.
Telegram kanalımız