Yaponların uzun ömür formulu ortaya çıxdı:   Bu tərəvəzlə qidalanırlar

saytların hazırlanması

Evə çatdırılma

Yaponların uzun ömür formulu ortaya çıxdı: Bu tərəvəzlə qidalanırlar

Sağlamlıq

03 Aprel 2025 16:06 1152


Yaponiya uzunömürlü insanların sayına görə dünyada lider ölkələrdən biridir. Xüsusilə Okinava adası sağlam və uzun yaşayan əhalisi ilə seçilir. Alimlər illərdir yaponların uzunömürlü olmasının sirrini araşdırırlar və bu sirrin əsas açarlarından birinin onların qida rasionunda olduğu müəyyən edilib. Okinavalıların süfrəsində xüsusi yer tutan qidalardan biri isə şirin bənövşəyi kartofdur. Bu tərəvəz həm dadı, həm də sağlamlıq üçün inanılmaz faydaları ilə diqqət çəkir.

Yenisabah.az bənövşəyi kartofun faydalarını təqdim edir:

Şirin bənövşəyi kartof (yapon dilində “beni imo”) Okinava mətbəxinin ən əsas komponentlərindən biridir. Adi kartofdan fərqli olaraq, bu tərəvəzin içi bənövşəyi rəngdədir və yüksək miqdarda antioksidantlarla zəngindir. Alimlər bu kartofun Okinavalıların uzunömürlü olmasının səbəblərindən biri olduğunu düşünürlər. Dominos pizza

Şirin bənövşəyi kartofun sağlamlığa faydaları

Bu kartofun tərkibində A, C, E vitaminləri, lif, flavonoidlər və güclü antioksidantlar var. O, bədənin müxtəlif funksiyalarına müsbət təsir göstərərək ümumi sağlamlığı gücləndirir.

Ürək-damar sağlamlığını qoruyur

Şirin bənövşəyi kartof qan təzyiqini tənzimləməyə və damarların elastikliyini artırmağa kömək edir. Tərkibində olan flavonoidlər ürək-damar xəstəliklərinin qarşısını alır.

Xərçəng riskini azaldır

Güclü antioksidant təsiri sayəsində hüceyrələri sərbəst radikalların təsirindən qoruyur və xərçəng riskini azaldır.

Bağırsaq sağlamlığını dəstəkləyir

Yüksək lif tərkibi həzmi yaxşılaşdırır, bağırsaqların düzgün işləməsini təmin edir və qəbizlik problemini aradan qaldırır.

Dəri və göz sağlamlığı üçün faydalıdır

A və C vitaminləri dərinin elastikliyini artırır, qocalma prosesini ləngidir və göz sağlamlığını qoruyur.

İmmuniteti gücləndirir

C vitamini və digər qida maddələri immun sistemini möhkəmləndirərək orqanizmi infeksiyalardan qoruyur.

Şirin bənövşəyi kartof necə yeyilməlidir?

Okinavalılar bu kartofu müxtəlif üsullarla hazırlayırlar. O, buxarda bişirilə, sobada qızardıla və ya şorbalara əlavə edilə bilər. Həmçinin, püre, desert və hətta çay kimi də istifadə olunur. Əsas vacib məqam isə onu təbii halda, çox yağ əlavə etmədən istehlak etməkdir.

Yapon fəlsəfəsi: Az lakin keyfiyyətli qidalanma

Yaponların uzunömürlü olmasının tək səbəbi şirin bənövşəyi kartof deyil. Onlar həmçinin "hara hachi bu" prinsipi ilə qidalanırlar – yəni doyma hissinin 80%-də yeməyi dayandırırlar. Bu vərdiş həddindən artıq yeməyin qarşısını alır və orqanizmin həddən artıq yüklənməsinə imkan vermir.

Nazim Hacıyev

 

 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!