Yararsız hala düşən medallarının dəyişdirilmə tarixi bəlli oldu

saytların hazırlanması

Evə çatdırılma

Yararsız hala düşən medallarının dəyişdirilmə tarixi bəlli oldu

İdman

13 Oktyabr 2025 15:02 460


Paris-2024 Yay Olimpiya Oyunlarında mükafatçılar sırasına düşən Azərbaycan idmançılarının yararsız hala düşən medallarının dəyişdirilməsi prosesinə 2026-cı ilin fevralında başlanacaq.

Yenisabah.az report-a istinadla xəbər verir ki, bu barədə Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) mətbuat katibi Murad Fərzəliyev danışıb.

O, MOK-un Beynəlxalq Olimpiya Komitəsinə məsələ ilə bağlı ilin əvvəlində müraciət etdiyini xatırladıb: Marqarita pizza

"Bu vəziyyətlə bağlı müxtəlif hazırlıq prosesləri gedirdi. Bizə verilən məlumata görə, 2026-cı ilin fevralında bizim idmançıların medallarının dəyişdirilməsi prosesinə başlanılacaq".

Paris-2024 Yay Olimpiya Oyunlarında medal qazanan 7 idmançımızdan 5-nin medalında nəzərəçarpan dərəcədə dəyişiklik baş verib. Cüdo üzrə olimpiya çempionu Hidayət Heydərov (73 kq) və sərbəst güləş üzrə bürünc mükafatçı Maqomedxan Maqomedovdan (97 kq) başqa, cüdo üzrə olimpiya çempionu Zelim Kotsoyevin (100 kq) qızıl, taekvondoçu Qaşım Maqomedovun (58 kq), boksçu Alfonso Dominqesin (92 kq) gümüş, yunan-Roma güləşçisi Həsrət Cəfərov (67 kq) və sərbəst güləşçi Giorgi Meşvildişvilinin (125 kq) bürünc medalları keyfiyyətini itirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!