Yardım adı altında kart və şəxsi məlumatlar ələ keçirilir   - Əhaliyə XƏBƏRDARLIQ

saytların hazırlanması

Evə çatdırılma

Yardım adı altında kart və şəxsi məlumatlar ələ keçirilir - Əhaliyə XƏBƏRDARLIQ

Sosial

16 Fevral 2026 22:21 606


"Krediti, borcu olan yazsın, kömək edim"... Ərzağa ehtiyyacı olan yazsın, köməklik göstərim"... Son günlərdə sosial şəbəkələrdə, xüsusi ilə də TikTok-da bu cür elanlar paylaşan səhifələr çoxalıb...

"Yeni Sabah" xəbər verir ki, “Xəzər Xəbər”in votsap qaynar xəttinə müraciət edən vətəndaş bildirib ki, tiktokda canlı açan səhifəyə daxil olub. Daha sonra yardım üçün yazıb və səhifənin əsl niyyətinin fərqli olduğunu öyrənib.

Turqay Həsənovun sözlərinə görə, bütün məlumatları alan qarşı tərəf daha sonra nömrələri bloklayır. pizza hut

Biz də həmin səhifədəki nömrələrlə əlaqə saxlamağa çalışdıq. Amma nə zənglərə, nə də mesajlara cavab verən oldu. Hətta digər nömrələr söndürülmüşdü.

Səhifədəki videolara yazılan şərhələrdə isə bu şəxslərin qurbanı olanların sayının çox olduğu açıq-aydın görünür.

Ekspertlər isə insanları hər hansı kart məlumatlarını paylaşan zaman daha diqqətli olmağa səsləyirlər. Tanımadıqları heç kimə şəxsi və kart məlumatlarını verməməyi tövsiyə edirlər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!