“Ehtiyacı olan insanlardan xahiş edirəm ki, yardım üçün televiziyanın qarşısına gəlməsinlər. Karantin qaydalarını pozmaq olmaz. Yardım üçün bizim qapıya da gələnlər var. Bu, düzgün deyil. Hamı karantin rejiminə əməl etməlidir”.
Yenisabah.az xəbər verir ki, bu sözləri Xəzər TV-də efirə gedən “Səni axtarıram verilişinin aparıcısı Xoşqədəm Hidayətqızı deyib. Aparıcı bildirib ki, hər gün verilişin ünvanına 30 min mesaj gəlir: “Əməkdaşlarımız həmin mesajları diqqətlə oxuyur, köməyə ehtiaycı oaln adamlara yardım əllərini uzadırlar”.
Telegram kanalımız