Yarım milyon manatı mənimsəməkdə ittiham olunan çobanın valideynlərindən AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

Yarım milyon manatı mənimsəməkdə ittiham olunan çobanın valideynlərindən AÇIQLAMA

Hadisə

16 Yanvar 2026 00:57 3025


Yarım milyon manatdan çox dəyəri olan heyvanları sahibkardan xəbərsiz satdıqları bildirilən çobanların yaxınları bu hadisədə elə ferma sahiblərini ittiham edirlər.

"Yeni Sabah" Xəzər TV-yə istinadən xəbər verir ki, oğurluq hadisəsi Sumqayıt və Salyanda yerləşən 2 fermada baş verib.

Çobanlar - Kəmaləddin Hüseynov və Ceyhun Əskərovun ümumilikdə 1 377 baş heyvanı sataraq pulunu mənimsədikləri bildirilib. Ancaq həbs olunan Kəmaləddin Hüseynovun bacısı və Ceyhun Əskərovun anası isə oğurluqda fermanın sahibinin əli olduğunu bildirirlər. Sezar pizza

Oğurluqda ittiham edilən Ceyhun Əskərovun atası da baş verənlərin qurama olduğunu iddia edir.

Anasının iddiasına görə, ferma sahibi hətta başqa şəxslərə qarşı da belə əməllər törədib.

İddialarla bağlı qarşı tərəflə telefon əlaqəsi saxladıq. Fermanın sahiblərindən Firdovsi Baxışov deyilənlərin əsassız olduğunu dedi.

"Əgər deyilənlər kimi, günahkar olsaydıq, istintaqda təqsirli şəxs kimi biz həbs olunardıq", - deyə o bildirdi.

Firdovsi Baxışov onu da qeyd etdi ki, hətta ilk başda ferma sahibləri Ceyhun Əskərovla bağlı polisə şikayət etməyiblər, ancaq istintaq araşdırması nəticəsində onun da oğurluqda əli olduğu müəyyən edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!