Yas mərasimləri ilə bağlı məsələyə aydınlıq gəldi - Rəsmi açıqlama

saytların hazırlanması

Evə çatdırılma

Yas mərasimləri ilə bağlı məsələyə aydınlıq gəldi - Rəsmi açıqlama

Din

28 Yanvar 2025 21:58 1362


Yasların təşkili ilə bağlı ənənənin dəyişdirilməsi üçün cəmiyyətdə ümumi konsensusun formalaşması zəruridir.

Bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən APA-nın sorğusuna cavab olaraq bildirilib.

Qeyd edilib ki, yas mərasimləri dini tərəflərə malik olmaqla yanaşı, həm də sosial-mədəni proseslərin tərkib hissəsidir. pizza mizza

"Azərbaycanın müxtəlif bölgələrində yerli sakinlər, ictimaiyyət nümayəndələri tərəfindən irəli sürülən bu cür təşəbbüslər ümumilikdə uzun müddət cəmiyyətdə gedən müzakirələrin nəticəsi kimi meydana çıxıb. Yas mərasiminin təşkili normativ-hüquqi aktlarla tənzimlənən proses deyil və bununla bağlı hər hansı dövlət orqanının üzərinə düşən konkret səlahiyyətlər yoxdur. Lakin bu mərasimlərdə ifratın və təmtərağın qarşısının alınması barədə təşəbbüslər müsbət qiymətləndirilə bilər. Hesab edirik ki, yas mərasimlərinin təşkili ilə bağlı uzun illər ərzində formalaşmış ənənənin dəyişdirilməsi üçün cəmiyyətdə ümumi konsensusun formalaşması zəruridir".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • ,RAHİM
    DÜZ DEMİRSİNİZ. ƏGƏR MOLLALAR, AXUNDLAR ACGÖZLÜK ETMƏSƏLƏR VƏ QARINQULU OLMASALAR XALQ DA İSRAFÇILIQ ETMƏZ.
    1 year ago