Yaşa görə pensiya 525 manata çatıb 

saytların hazırlanması

Evə çatdırılma

Yaşa görə pensiya 525 manata çatıb 

Sosial

10 Sentyabr 2024 10:40 27107


Cari ilin 8 ayında pensiya ödənişlərinə ötən ilin müvafiq dövrü ilə müqayisədə 14% çox olmaqla 4 milyard 318 mln. manat vəsait yönəldilib. 

Yenisabah.az Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə istinadən xəbər verir ki, həmin dövrdə ölkə üzrə pensiyaların orta aylıq məbləği 13% artaraq  491 manata çatıb. Yaşa görə pensiyaların orta aylıq məbləği 525 manata  olub. 

Qeyd edək ki, 2024-cü il iyulun 1-i vəziyyətinə Dövlət Sosial Müdafiə Fondunda 1101,0 min (ötən ilin iyulun 1-i vəziyyətinə 1096,6 min) pensiyaçı qeydiyyatda olmuşdur ki, bu da ölkə əhalisinin 10,8 faizini təşkil edir.  Dördpendirli pizza

Onların 64,4 faizi yaşa, 23,3 faizi əlilliyə, 12,3 faizi isə ailə başçısını itirməyə görə pensiya alır. 

Təyin olunmuş aylıq pensiyaların orta məbləği ötən ilin müvafiq dövrü ilə müqayisədə 12,9 faiz artaraq 491,3 manat təşkil etmiş və orta aylıq əməkhaqqının 49 faizinə bərabər olmuşdur. 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!