Yasamal qəbiristanlığından cadu tapıldı

Yasamal qəbiristanlığından cadu tapıldı

Digər Veb saytların hazırlanması

15 Fevral 2019 22:24 1513


Yasamal qəbiristanlığında cavan oğlanın iynələnmiş şəkli tapılıb. Bu haqda müxtəlif sosial media profillərində, səhifələrində məlumat paylaşılıb.

Şəkili iynələnən şəxsə cadu edildiyi düşünülür. Hələ ki, bunun kim tərəfindən törədildiyi, şəkildəki şəxsin kimliyi naməlumdur.

Yasamal Rayon Polis İdarəsi 28-ci Polis Bölməsindən bildirilib ki, sözügedən tapıntı haqda onlara hansısa şikayət daxil olmayıb: “Qəbiristanlıqla bağlı bizə şikayətlər daxil olur. Bu şikayətlər hasarın, qəbir daşının dağıdılması ilə bağlı olur. Amma dediyiniz məsələdən xəbərsizik”.

Qeyd edək ki, bundan öncə də qəbiristanlıqlarda bənzər olaylar baş vermiş, iynələnmiş şəkillər, bağlı qıfıllar, düyünlü saplar tapılmışdı.

Sputnik.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!