“Yasamal, Ramana və Xırdalanda çox böyük it sürüləri var…” – Direktor

saytların hazırlanması

Evə çatdırılma

“Yasamal, Ramana və Xırdalanda çox böyük it sürüləri var…” – Direktor

Sosial

25 Aprel 2019 19:33 1102


“Sahibsiz itlərlə bağlı məsələ çox ciddi problemdir. Hazırda Bakıda və digər sənaye şəhərlərində sahibsiz itlərin sayı həddən artıq çoxdur. Bir sıra qeyri-hökumət təşkilatları, Leyla Əliyevanın rəhbəri olduğu təşkilat bu sahədə böyük işlər görür. Məsələni heyvan yaşayış yerlərini yaratmaqla da həll etmək olmaz”.

Bu sözləri “Yeni Sabah”a açıqlamasında AMEA-nın Zoologiya İnstitutunun direktoru Elman Yusifov deyib. Onun sözlərinə görə, problemin əsas səbəbi əhalidir:

“Bəzən uşaqların  arzusuyla və ya hansısa düşünülməmiş emosional qərarla itləri evə gətirib, sonra saxlaya bilmirlər. İt qulluq tələb edir, onu gündə ən azı 2 dəfə gəzdirmək lazımdır, peyvənd edilməli, sanitar gigiyena normalarına əməl olunmalıdır. Onu saxlaya bilmirlər, sonradan buraxırlar, itlər də çoxalır və ciddi problemlər yaradır.  Ancaq əhali arasında maarifləndirmə işləri aparılmalıdır. Qərar qəbul ediləndə ciddi olmalıdır. Əgər iti gətiriblərsə, o iti saxlamalıdırlar. O bir canlıdır, həm də çox vəfalı  heyvandır. Amma  əhaliyə konkret bir şey deməyə çətinlik çəkirəm. Bəzi yerlərdə məsələn, Yasamal, Ramana, Xırdalanda çox böyük it sürüləri var. Onları vurmaq, öldürmək olmaz. Ən yaxşısı onları götürüb saxlamaqdır”.  pizza sifarişi

E.Yusifov itlərə vaksin vurulması, onların yoxlanması ilə bağlı da fikirlərini bildirib:

“İtlərin vaksinasiya edilməsi texniki baxımdan çətin məsələdir. Bilinmir ki,  bu itlərin hansı quduzdur, hansı deyil. Mənə elə  gəlir bununla Bakı şəhər İcra Hakimiyyəti, qeyri-hökumət təşkilatları və epidemioloji stansiyalar məşğul olmalıdırlar. Amma onların da hansısa maddi və hüquqi tərəfi olmalıdır. İtləri tutub bir-bir vaksinasiya  etmək, saxlamaq çətindir. Həqiqətən ciddi problemdir.  Mən şəxsən hansısa təklif  verməyə çətinlik çəkirəm”. 

Direktor xaricdəki təcrübədən də danışıb. O bildirib ki, xaricdə bu  məsələ ilə bələdiyyə strukturları  və qeyri hökumət təşkilatları məşğul olur:

“Bu itlər götürülür bəzi hallarda sterilizəlləşdirilir və əllərə verilir. Çıxış yolu əhalidə belə bir maarifləndirmə aparmaq, başa salmaq lazımdır ki, it xəstəlik keçiciləri deyil. Avropada uşaqlar az yaşdan itlə oynayırlar. Ömür uzunluğu, sağlam həyat da onlarda yüksəkdir. Əgər itə vaxtında baxılsa, doğrudan da adından göründüyü kimi ev heyvanıdır. Heç bir təhlükə yoxdur. Əksinə son dövrlərdə artıq elmi məqalədə sübut edilib ki, heyvanlarla təmas insanın immun sistemini daha da artırır. Bəzən həqiqətə uyğun olmayan məlumatlar yayılır, ya da dinlə də bağlayırlar ki, guya  itin ağız suyunda hansısa pis xəstəlik, mikrob var. Heç də belə deyil. İtin  ağız suyunda olan mikroblar, pişikdə, digər canlılarda, o cümlədən insan ağzında da var. Maarifləndirmə aparılsa, insanlar ev heyvanlarına qarşı humanist münasibət bəsləyib o itləri götürsələr bu problemi azaldar. İtləri öldürmək qəti olmaz, onlar da canlıdır, yaşamaq hüquqları var. Amma başqa yol yoxdur, say həddən artıq çoxdur. Ancaq ictimaiyyət bu işdə aktiv iştirak etməlidir”. 

Əsmər Qabil


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!