Bakının Sabunçu və Yasamal rayonlarında avtomobil yollarının rənglənməsinə başlanılıb.
Bu barədə “Yeni Sabah”a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumatda bildirilir ki, Bakı şəhəri, Sabunçu rayonu Yavər Əliyev və Asif Əsədullayev küçələrində axşam saatlarınadək, Yasamal rayonu İnşaatçılar prospekti, həmçinin İzmir və Bakıxanov küçələrində isə axşam saat 22:00-dan səhər saatlarınadək üfiqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri aparılacaq. Toyuqlu pizza
Sürücülərdən göstərilən saatlarda sözügedən yollda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur
Telegram kanalımız