Yasamalda 5 küçənin təmiri yekunlaşıb

saytların hazırlanması

Evə çatdırılma

Yasamalda 5 küçənin təmiri yekunlaşıb

Avto

08 Aprel 2019 15:27 1054


Cari ilin əvvəlindən Yasamal rayonu üzrə start verilən təmir-tikinti işləri çərçivəsində artıq 5.3 km uzunluğa malik 5 küçənin 85 min kv.m-dən çox sahəsində təmir-tikinti işləri aparılaraq yekunlaşdırılıb.

“Yeni Sabah” xəbər verir ki, bu hər birinin uzunluğu 1.6 km olan Məhəmməd Xiyabani və Əsəd Əhmədov küçələri, bu küçələri birləşdirən 0.4 km uzunluğa malik “A Keçidi” küçəsi, 1 km-lik “7-ci Alatava” küçəsi və 0.7 km uzunluğunda Şəfayət Mehdiyev küçəsidir.

Sadalanan küçə və yollar boyu zəruri yerlərdə deformasiyaya uğramış yararsız qrunt qazılıb çıxarılıb, əks dolğu işləri aparılmaqla kipləşdirmə işləri görülüb, küçələr profilə salınıb, zəruri yerlərdə optimal qum-çınqıl qarışığından yol əsası işlənilib və bunun ardınca asfaltlanma işləri aparılıb, yeraltı kommunikasiya xətlərinin baxış qapaqları layihə hündürlüyünə qaldırılıb. pizza hut

İşlərin yekunlaşması ardıcıllığına uyğun olaraq Yasamal rayonu üzrə digər küçə və yollarda işlərin davam etdirilməsi nəzərdə tutulur. Belə ki, yaxın müddət ərzində 12 km-dən artıq uzunluğa malik 5 küçənin təqribən 80 min kv.m sahəsində təmir-tikinti işlərinə start veriləcək.

Misal olaraq 1.6 km uzunluğa malik Şamil Əzizbəyov, 1.4 km-lik “1-ci Alatava”, 7 km-lik “2-ci Alatava”, 1.6 km uzunluğunda olan Ümid Əkbərov küçələrini, həmçinin Şəfayət Mehdiyev küçəsinin Landau və Ə.Haqverdiyev küçələri arasında yeləşən 0.8 km-lik hissəsini göstərmək olar ki, yaxın müddətdə bu və digər küçə və yolarda da təmir-tikinti işləri davam etdiriləcək.

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!