Yasamalda əməliyyat: 20 kq marixuana aşkarlandı

saytların hazırlanması

Evə çatdırılma

Yasamalda əməliyyat: 20 kq marixuana aşkarlandı

Kriminal

21 Yanvar 2026 14:19 445


Yasamal Rayon Polis İdarəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyatları davam etdirir.

Bu barədə “Yeni Sabah”a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib. 

Növbəti tədbir zamanı əvvəllər də analoji cinayətə görə məhkum olunmuş 24 yaşlı Əliağa Novruzzadə saxlanılıb. Onun üzərindən və yaşadığı evdən çoxsaylı bükümdə ümumi çəkisi 20 kiloqram 486 qram tərkibinə zərərli maddələr əlavə olunmuş marixuana və narkotiklərin satışında istifadə edilən elektron tərəzi aşkarlanıb. Toyuqlu pizza

Ə.Novruzzadə narkotikləri sosial şəbəkədə tanış olduğu şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşının göstərişi ilə əldə etdiyini bildirib. O, bükümlərə ayırdığı narkotik vasitələri paytaxt ərazisində müxtəlif ünvanlara yerləşdirərək bu barədə foto və video çəkilişlər vasitəsilə iranlı narkotacirə məlumat verib. 

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!