Yasamalda vətəndaşın evi qanunsuz sökənlər saxlanıldı

saytların hazırlanması

Evə çatdırılma

Yasamalda vətəndaşın evi qanunsuz sökənlər saxlanıldı

Turizm

27 Mart 2025 15:26 7359


Bakı şəhəri, Yasamal rayonu, Alatava ərazisində aparılan söküntü işləri ilə əlaqədar 27 mart 2025-ci il tarixində Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən əraziyə baxış keçirilib və bu işlərin müvafiq icazə olmadan aparıldığı müəyyən edilib.

Bu barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən Oxu.Az-a məlumat verilib.

Bildirilib ki, aparılan işlər vətəndaşlarla tam razılıq əldə edilmədən və mövcud qanunvericiliyin tələblərinə zidd aparıldığı üçün Baş İdarə tərəfindən aidiyyəti qurumlarla birlikdə dayandırılıb və aktlaşdırılıb. pizza sifarişi

"Qanunsuz işlər zamanı vətəndaşların mülklərinə dəymiş ziyanla bağlı müvafiq araşdırma aparılması üçün materiallar Baş İdarə tərəfindən hüquq-mühafizə orqanlarına təqdim ediləcək", - deyə məlumatda qeyd edilib.

DİN-in Mətbuat Xidmətindən “Yeni Sabah”a bildirilib ki, həmin tikinti şirkətinin iş icraçısı və ekskavator sürücüsü saxlanılıb: “Fakta görə Cinayət Məcəlləsinin müvafiq maddəsilə cinayət işi açılıb. Araşdırma aparılır”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!