Yasamaldakı oğurluğun pərdəarxası -   VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Yasamaldakı oğurluğun pərdəarxası - VİDEO

Kriminal

18 Fevral 2026 17:10 416


Yasamal rayonu ərazisində oğurluq hadisəsi qeydə alınıb. Belə ki, naməlum şəxs mənzillərdən birinə daxil olaraq oradan 30 min manat dəyərində qızıl-zinət əşyalarını oğurlayaraq hadisə yerindən uzaqlaşıb.

DİN-in mətbuat xidmətindən "Yeni Sabah"a verilən məlumata görə, Yasamal Rayon Polis İdarəsi 26-cı Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər elə həmin binadan başqa bir mənzildən oğurluq etdiyinə görə məhkum olunmuş 27 yaşlı Emin Məmmədov müəyyən edilərək saxlanılıb. Onun taladığı qızıl-zinət əşyalarını zərgərlik mağazalarından birinə satdığı məlum olub.

Faktla bağlı cinayət işi başlanılıb və saxlanılan şəxs barəsində həbs-qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir. Toyuqlu pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!