“Əgər Yaşar sağ olsaydı, nəyə desəniz and içərəm ki, o mütləq cəbhəyə yollanacaqdı. Mən bunu onun xasiyyətinə bələd olduğum üçün yüz faiz deyirəm”
Bu sözləri Yenisabah.az-a açıqlamasında mərhum Xalq artisti Yaşar Nurinin həyat yoldaşı Rəhimə Nuriyeva deyib.
O, bildirib ki, əgər sənətçi sağ olsaydı cəbhəyə yollanıb həbçilərə mənəvi dəstək olmağa gedəcəkdi: Dominos pizza
“Hazırda elə bir vəziyyətdir ki, həm kədərlənirəm, həm də qürur hissi keçirirəm. Biz aliləlikcə heç vaxt siyasətə qarışan insanlar olmamışıq. Sadəcə qayda-qanunlara riayət etmişik. Əgər Yaşar sağ olsaydı, cəbhəyə yollanacaqdı... O gedəcəkdi, mənsə ona sual verəcəkdim ki, “Yaşar, axı sən orada nə edəcəksən?” cavab verəcəkdi ki, “Mənim görünüşüm, nə etməyim vacib deyil, orada olmağım hərbçilərə ruh yüksəkliyi, stimul verər”.
Yaşar insanlar üçün doğulmuş şəxsiyyət idi, onun üçün fərqi yox idi kiçik ya böyük, hətta yasa da gedəndə insanların üzündə təbəssüm yaradardı. Pulun öz yeri var, lakin daxili, mənəvi dayaq tamam başqa şeydir. Yaşar da insanlara siması ilə pozitivlik, gülüş, qələbəyə inam, əzmkarlıq bəxş edərdi. Yaşar sağ olsa idi, mən onu elə görəcəyimdən əminəm. Əgər mənim oğlum olsa idi, o da cəbhəyə yollanacaqdı. Heç bir şəhid anasından artıq deyiləm, lazım olsa idi vətən uğrunda şəhid də olardı, bu bir fəxrdir. Allahın işidir, mənim oğlum olmayıb, amma olsaydı, mən razı olmasaydım belə Yaşar onu özü ilə birlikdə aparardı. Bizim ailədə vətənpərvərlik hissləri hər zaman yüksək olub, indi də böyük qızım bir cür, kiçik qızım bir cür, mən də başqa cür o duyğuları yaşayıram. Geyim, bəzənmək, mağazaları yaddan çıxarmışıq, ancaq son hadisələr maraq dairəmizdədir, hər gün izləyirik. Cəbhədəki hadisələr çox böyük ümidlər verir. Evə xəritə almışam, işğaldan azad olunan yerlər açıqlandıqca o xəritədə mən də özüm üçün qeydlər edirəm. Qələbəyə lap az qalıb!”
Rəhimə xanım Ermənistanın Azərbaycanın mülki əhalisini atəşə tutmasını qınayıb:
“Müharibə dövründə mənə ən çox təsir edən ermənilərin mülki əhalini atəşə tutması oldu. Gəncənin, Bərdənin bombalanması, uşaqların öldürülməsi mənə o dərəcə təsir edirdi ki, artıq televizorda göstəriləndə belə baxmağa ürəyim dözmürdü. Uşaqların nə günahı var axı? Müharibə əsgərlər arasında, döyüş meydanında getməlidir”.
O, Yaşar Nurinin 70 illik yubileyini qələbə sevinci ilə qeyd etməyi arzuladığını bildirib:
“Üzümüzə gələn yeni ildə Yaşarın 70 illik yubileyi olacaq, arzu edirəm ki, həmin vaxta qədər torpaqlarımız tam azad olunsun. Gülər üzlə, qələbə sevinci ilə yubileyini teatrda böyük təntənə ilə qeyd edək”.
Telegram kanalımız