Yaşlı kişini öldürüb, ayağına daş bağlayıb suya atdılar - TƏFƏRRÜAT

saytların hazırlanması

Evə çatdırılma

Yaşlı kişini öldürüb, ayağına daş bağlayıb suya atdılar - TƏFƏRRÜAT

Kriminal

16 Fevral 2025 22:55 672


Fevralın 5-dən etibarən itkin düşən Saatlı rayon sakini, 66 yaşlı Mirhəsən Seyidovun öldürülməsi ilə bağlı bəzi təfərrüat məlum olub.

Yenisabah.az Baku TV-yə istinadən məlumat verir ki, fevralın 16-sı səhər saatlarında M.Seydiovun meyiti su kanalında aşkarlanıb.

Mərhumun qonşuları, qətli törətməkdə şübhəli sayılan ata və oğul saxlanılıb. Sezar pizza

Mirhəsən Seyidovun yaxınları qətlin tamah məqsədilə törədildiyini iddia edirlər.

"İş yerindən bizə zəng edib məlumat verdilər ki, Mirhəsən işə gəlmir, əlaqə nömrəsinə zəng çatmır və neçə gündür ki, onu axtarırıq. Sonra polis tapdı. Kiminsə torpağını behləyib yiyə durub, orada da qonşusunun gölü var imiş. Elə o göldə də meyitini tapıblar. Hadisə mülk məsələsinə görə olub", - deyə yaxını bildirib.

Ətraflı süjetdə:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!